"Qarabağ"ın Baş Meneceri ECA-da yeni vəzifəyə seçildi -FOTO
Azərbaycan çempionu "Qarabağ"ın baş meneceri Asif Əsgərov təmsil olunduğu Avropa Klublar Assosiasiyasında (ECA) vəzifəyə seçilib.
Sportfm.az xəbər verir ki, bu gün ECA-nın Yarışların Təşkili və Keçirilməsi Qrupunun Milanda ilk toplantısı baş tutub. Toplantıda İşçi Qrupun sədr və müavinləri seçilib. Qrupun sədri postuna İtaliyanın məşhur "Milan" klubunun prezidenti İvan Qazidis təsdiqlənib.
Asif Əsgərov isə onun 3 müavinindən biri seçilib. "Qarabağ" rəsmisi ilə yanaşı "Brügge"nin baş meneceri Vinsent Mannaert və Madrid "Real"ının vitse-prezidenti Emilio Butraqenyo da adıçəkilən qrupun sədr müavinləri olub. Onların səlahiyyət müddəti qarşıdakı 4 ili əhatə edəcək.
Asif Əsgərov artıq iki ildir ECA-nın işçi qrupunun üzvüdür və bu, Azərbaycan futbol tarixində yeganə nümunədir.
Oxşar xəbərlər
“Qarabağ” rəsmisi Avropa Klublar Birliyinin İcraiyyə Şurasına üzv seçildi
Avropa Klublar Birliyinin iclasında 20 Yanvar qurbanları anılıb
"Qarabağ" və "Neftçi"nin rəsmiləri ECA-nın iclasında
AFFA Klublar Komitəsinə yeni sədr seçildi
“Qarabağ” rəsmisi Avropa Klublar Birliyinə üzv seçildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası