reklam
Avropa Klublar Birliyinin iclasında 20 Yanvar qurbanları anılıb
Sportfm.az xəbər saytı

Avropa Klublar Birliyinin iclasında 20 Yanvar qurbanları anılıb


Bu gün Avropa Klublar Birliyi (ECA) İşçi Qrupunun iclası keçirilib.

Sportfm.az xəbər verir ki, toplantıda "Qarabağ"ın baş meneceri, İşçi Qrupunun sədr müavini Asif Əsgərov da iştirak edib.

İclasın bu günə təsadüf etməsi səbəbindən Əsgərovun təşəbbüsü ilə 20 Yanvar hadisələri haqqında qrup üzvlərinə qısa məlumat verilib və faciə qurbanları iştirakçılar tərəfindən anılıb.

Qeyd edək ki, İşçi Qrupunda İspaniyanın "Barselona", "Real Madrid", Almaniyanın "Borussiya" (Dortmund), "Bayer", İtaliyanın "Yuventus", Niderlandın "Ayaks", İngiltərənin "Tottenhem", "Mançester Yunayted", "Lester" klublarının nümayəndələri təmsil olunurlar.

 



Oxşar xəbərlər

“Qarabağ” rəsmisi Avropa Klublar Birliyinin İcraiyyə Şurasına üzv seçildi
"Qarabağ"ın Baş Meneceri ECA-da yeni vəzifəyə seçildi - FOTO
Avropa Klublar Assosiasiyasının regional iclası keçirildi - FOTO
FİFA prezidenti: "Superliqada oynayan futbolçular dünya çempionatına buraxılmayacaq"
"Qarabağ" və "Neftçi"nin rəsmiləri ECA-nın iclasında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər