reklam
Rusiyalı futbolçu İtaliya nəhənglərinin hədəfində
Sportfm.az xəbər saytı

Rusiyalı futbolçu İtaliya nəhənglərinin hədəfində


"Lokomotiv"in futbolçusu Aleksey Mirançuk İtaliya klublarının diqqət mərkəzinə düşüb.

Sportfm.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə "Yuventus", "Napoli" və "Milan" yaxından maraqlanır.

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun "Lokomotiv" - "Yuventus" oyununda (1:2) hər 3 klubun skautlarının Mirançuku izlədiyi bildirilib.

Bu mövsüm 15 oyuna çıxan Mirançuk 8 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun Moskva klubu ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.

Transfer dəyəri 16 milyon avro olan yarımmüdafiəçi Rusiya milli komandasına da dəvət alır.

Oxşar xəbərlər

“Milan” danışıqlara başlayır - Xviça Kvaratsxeliya ilə
"Arsenal" və "Barselona" onu hədəfə alıb - FOTO
"Şaxtyor"un daha bir oyunçusu top klubun diqqətində
Rusiya millisinin DÇ-2018 üçün yekun heyəti açıqlandı
Gənc qapıçı İtaliya klublarının hədəfində

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər