Rusiya millisinin DÇ-2018 üçün yekun heyəti açıqlandı
Rusiya milli komandasının futbol üzrə dünya çempionatı üçün yekun heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, baş məşqçi Stanislav Çerçesov 23 nəfərlik siyahıya 3 qapıçı, 7 müdafiəçi, 10 yarımmüdafiəçi və 3 hücumçunu daxil edib. Onlardan cəmi 2-si - qapıçı Vladimir Qabulovla yarımmüdafiəçi Denis Çerışev legionerdir. Qalan 21 futbolçu yerli klublarda çıxış edir.
Çerçesov çempion "Lokomotiv"dən cəmi 2 futbolçudan yararlanmağı qərara alıb. Bunlar Anton və Aleksey Mirançuk qardaşlarıdır.
Qapıçılar: İqor Akinfeyev (MOİK), Vladimir Qabulov ("Brügge", Belçika), Andrey Lunyov ("Zenit")
Müdafiəçilər: Vladimir Qranat ("Rubin"), Sergey İqnaşeviç (MOİK), Fyodor Kudryaşov ("Rubin"), İlya Kutepov ("Spartak"), Andrey Semyonov ("Axmat"), İqor Smolnikov ("Zenit"), Mario Fernandes (MOİK)
Yarımmüdafiəçilər: Yuri Qazinski ("Krasnodar"), Aleksandr Qolovin (MOİK), Alan Zaqoyev (MOİK), Aleksandr Yeroxin ("Zenit"), Yuri Jirkov ("Zenit"), Roman Zobnin ("Spartak"), Daler Kuzyayev ("Zenit"), Anton Mirançuk ("Lokomotiv"), Aleksandr Səmədov ("Spartak"), Denis Çerışev ("Vilyarreal", İspaniya)
Hücumçular: Artyom Dzyuba (Arsenal" Tula), Aleksey Mirançuk ("Lokomotiv"), Fyodor Smolov ("Krasnodar")
Qeyd edək ki, DÇ-2018-də A qrupunda yer alacaq Rusiya millisi iyunun 14-də Moskvadakı "Lujniki" stadionunda Səudiyyə Ərəbistanı, iyunun 19-da Sankt-Peterburqda Misir, iyunun 25-də isə Samarada Uruqvayla qarşılaşacaq.
Oxşar xəbərlər
Rusiya millisinin yekun heyəti - Avro-2020
Rusiya millisinin Avropa çempionatı üçün heyəti - SİYAHI
DÇ-2018: Uruqvay lider, Rusiya ikinci oldu
Rusiya Səudiyyə Ərəbistanına qarşı
DÇ-2018: Rusiya millisi ilkin heyəti açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası