reklam
Sportfm.az xəbər saytı

"Şaxtyor"un daha bir oyunçusu top klubun diqqətində


Ukraynanın "Şaxtyor" klubunun kapitanı Tayson karyerasını İtaliyada davam etdirə bilər.

Sportfm.az xəbər verir ki, Seriya A təmsilçisi "İnter" 30 yaşlı yarımmüdafiəçiylə yaxından maraqlanır. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Xəbərdə, "İnter"in baş məşqçisi Luçano Spalettinin yarımmüdafiə xəttini gücləndirmək istədiyi, bu səbəbdən də, rəhbərlikdən Taysonun transfer edilməsini tələb etdiyi bildirilib.

Transfer dəyəri 13 milyon avro olan Taysonun "Şaxtyor"la müqaviləsi 2021-ci ilə qədərdir.

Braziliyalı futbolçu cari mövsümdə Ukrayna çempionatında 15 qarşılaşmada iştirak edərək, 2 qol vurub və 8 məhsuldar ötürmə edib.

Oxşar xəbərlər

“Qarabağ”ın futbolçusu Kipr klubunda - Razılığa gəlindi
“Milan” danışıqlara başlayır - Xviça Kvaratsxeliya ilə
Rusiyalı futbolçu İtaliya nəhənglərinin hədəfində
2.5 milyon avro olan futbolçu Azərbaycana gəlir!
75 milyon avroluq təklifi rədd etdilər - Müdafiəçi üçün

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər