reklam
“Qarabağ”,
Sportfm.az xəbər saytı

“Qarabağ”, "Sabah" və "Zirə" cərimələndi


AFFA İntizam Komitəsi “Qarabağ”ı 800 manat məbləğində cərimələyib.

Sportfm.az xəbər verir ki, buna səbəb Ağdam təmsilçinin 4 futbolçusunun Premyer Liqanın X turunda “Neftçi” ilə səfər matçında (0:0) sarı vərəqə almasıdır. “Sabah” isə “Qəbələ” ilə səfər oyununda (2:1) 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün eyni məbləğdə cərimə ödəyəcək.

"Zirə" isə “Sumqayıt”la görüşdə (2:2) 5 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən 800 manat ziyana düşüb. Qəsəbə təmsilçisi oyunun AFFA nümayəndəsini və inspektorunu tələb olunan yerlə təmin etmədiyi üçün də eyni məbləğdə cərimə ödəyəcək. Üstəlik, qarşılaşmanın ikinci hissəsi “Zirə”nin gecikməsinə görə 2 dəqiqə ləngiyib. Bu səbəbdən, meydan sahibləri 2400 manat cərimə olunub.

Beləliklə, “Zirə” 4 min manat ziyana düşüb. 

Oxşar xəbərlər

AFFA klubları cərimələdi - 800 manat
Premyer Liqamızda klublar cərimələndi - AFFA
Azərbaycan Premyer Liqası - Cərimələr açıqlandı
AFFA klubları cərimələdi
AFFA "Zirə"ni cərimələdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər