reklam
AFFA
Sportfm.az xəbər saytı

AFFA "Zirə"ni cərimələdi


AFFA İntizam Komitəsinin iclasında Azərbaycan Premyer Liqasının XXII turunda baş vermiş hüquqi pozuntularla əlaqədar qərarlarını açıqlayıb. 

Sportfm.az xəbər verir ki, “Zirə” ilə səfər matçında “Səbail” klubu 4 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən 800 manat cərimələnib. Eyni məbləğdə cərimə meydan sahiblərinə kəsilib. Bu isə təcili tibbi yardım xidmətinin nümayəndəsinin oyunöncəsi iclasda iştirak etməməsi ilə əlaqədardır. 

“Qəbələ” ilə səfər oyununun 90+1-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq, meydandan kənarlaşdırılan “Sabah” komandasının futbolçusu Kərim Diniyev 1 oyun cəzalanıb, klubu 200 manat ziyana düşüb. 

“Qarabağ”la ev qarşılaşmasının 84-cü dəqiqəsində “Sumqayıt” azarkeşləri meydana yad əşyalar atıblar. Bu səbəbdən, "gənclik şəhəri" təmsilçisi 1600 manat cərimə olunub. 

Oxşar xəbərlər

AFFA klublarımızı cərimələdi
Premyer Liqanın 3 klubu futbolçularına görə cərimələndi - 800 manat
I Divizion klublarının cəzası açıqlandı
“Qarabağ”, "Sabah" və "Zirə" cərimələndi
AFFA klubları cərimələdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər