reklam
Güləş yığmamız dünya çempionatında 3-cü oldu
Sportfm.az xəbər saytı

Güləş yığmamız dünya çempionatında 3-cü oldu


Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında sərbəst güləş üzrə mübarizə başa çatıb.

Sportfm.az xəbər verir ki, mundiala 8 idmançıyla yollanan yığmamızın 5 üzvü fəxri kürsüyə qalxıb. 

Turan Bayramov (65 kq) qızıl, Abubakr Abakarov (79 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) gümüş, Əfqan Xaşalovla (57 kq) Davud İbrahimov (70 kq) isə bürünc medal qazanıb.

Ümumilikdə komandamızın topladığı xal 111-ə bərabər olub. Bu nəticəylə millimiz dünya üçüncüsü olub. Rusiya (145) birinci, İran (139) isə ikinci yeri tutub.

Qeyd edək ki, 1 qızıl, 2 gümüş və 2 bürünc medal 2017-ci ildən keçirilən analoji yarışlarda Azərbaycanın sərbəst güləş yığmasının ən yaxşı nəticəsidir.

Oxşar xəbərlər

Sərbəst güləşçilərimiz Bakıya qayıtdı - UĞUR
Güləş yığmamız 4-cü oldu - Dünya çempionatı
Güləş millimiz Avropa üçüncüsü oldu! - 3 qızıl və 1 gümüş
Yığmamız dünya çempionatında dördüncü yeri tutdu
Yığmamız Avropa Çempionatında 2-ci yeri tutdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər