reklam
Güləş yığmamız 4-cü oldu -
Sportfm.az xəbər saytı

Güləş yığmamız 4-cü oldu -Dünya çempionatı


Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında sərbəst güləş üzrə yarış başa çatıb.
Sportfm.az xəbər verir ki, mundiala 9 idmançı ilə yollanan Azərbaycan millisinin 5 üzvü fəxri kürsüyə qalxıb. Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramovla (74 kq) Saqadulla Ağayev (86 kq) isə bürünc medal qazanıb.

Böyük məşqçi Cəbrayıl Həsənov və məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi altında dünya çempionatında iştirak edən komanda yekunda 122 xal toplayaraq dünyada 4-cü yeri tutub. İlk "3-lük"də İran(178), Rusiya (142) və ABŞ (129) yer alıb.
Qeyd edək ki, sərbəst güləş üzrə yığma medalların sayına son 5 ilin ən yaxşı nəticəsinə imza atıb. Sərbəst güləşçilər sonuncu dəfə 2016-cı ildə Fransanın Makon şəhərində keçirilən gənclərin dünya çempionatında 5 medal əldə etmişdi.

Oxşar xəbərlər

Avropa çempionu olmuş sərbəst güləşçilərimiz Vətənə qayıtdı - VİDEO
Azərbaycanın güləş yığması Avropa çempionu oldu - UĞUR
Millimizin heyəti açıqlandı - Dünya çempionatı
Güləş millimiz Avropa üçüncüsü oldu! - 3 qızıl və 1 gümüş
Milli komandamız Avropada 3-cüdür - Uğur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər