reklam
Yığmamız dünya çempionatında dördüncü yeri tutdu
Sportfm.az xəbər saytı

Yığmamız dünya çempionatında dördüncü yeri tutdu


Slovakiyanın Trnava şəhərində başa çatan gənc güləşçilərin dünya çempionatında sərbəst güləş üzrə yığmaların sıralaması müəyyənləşib.

Sportfm.az xəbər verir ki, millimiz 91 xal toplayaraq komanda hesabında 4-cü yeri tutub. Böyük məşqçi Saypulla Absaidov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında mundiala 10 güləşçi ilə yollanan yığmamız 4 medal qazanıb. Hacımurad Hacıyev (70 kq) qızıl, Abubakr Abakarov (74 kq) gümüş, Orxan Abasov (79 kq) və Asxab Həmzətov (92 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, çempionatda Rusiya (182) birinci, ABŞ (115) ikinci, İran (98) isə üçüncü yeri tutublar.

Oxşar xəbərlər

Güləş yığmamız 4-cü oldu - Dünya çempionatı
Güləş millimiz Avropa üçüncüsü oldu! - 3 qızıl və 1 gümüş
Güləş yığmamız dünya çempionatında 3-cü oldu
Yığmamız Türkiyədə üçüncü oldu - FOTO
Yığmamız İranda 2-ci oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər