Region Liqası: "Ağsu Siti" rəqibin qapısından 5 top keçirdi
Region Liqaısnda ikinci oyun günü olub.
Sportfm.az xəbər verir ki, ilk matç Sumqayıtda "Kapital Bank Arena"da turnirin debütanları arasında olub. Belə ki, Qusarın eyniadlı komandası paytaxtı təmsil edən "İrəvan"ı böyük hesabla məğlub edib - 3:0.
Mərkəz zonasında mübarizə Ağsuda start verilib. Bu bölgənin təmsilçisi "Ağsu Siti" də darmadağına sevinib - 5:1. Özü də meydan sahibləri buna matçın böyük hissəsini azlıqda keçriməklə nail olub. Məsələ ondadır ki, 33-cü dəqiqədə hesab 2:0 olanda "Ağsu Siti"nin təcrübəli hücumçusu Arzuman Nəsibov rəqib qapısına verilməyən penaltiyə görə baş hakim Elçin Abdullayevə kəskin etiraz eidb. Bu da ona qırmızı vərəqə bahasına başa gəlib.
Göründüyü kimi, Region Liqasında yeni mövsüm hələ ki darmadağınlarla davam edir. Belə ki, dünən Qusar "Şahdağ"ı Xaçmaz "Xudat"ını 3:0, Sumqayıt "Uğur"u paytaxt təmsilçisi "Qardaşlar"ı 16:0 hesabıyla məğlub etmişdi.
Region Liqasında ilk tur sabah baş çatacaq. Mərkəz zonasında son görüş 14:30-da Şamaxı Olimpiya Kompleksinin stadionunda "Şamaxı" - "İmişli" matçı olacaq.
Paytaxt və Şimal zonasında ilk tura Bakıda yekun vurulacaq. Belə ki, Quba "Şahdağ"ı "Şirvanovka"nı saat 16:00-da "ASCO Arena"da qonaq edəcək.
Cənub və Qərb zonasında zonasında isə bütün görüşlər sabah baş tutacaq. Cənubda yarışan Masallı "Ərkivan"ı "Neftçala"yla Əkrivan qəsəbə stadionunda saat 15:00-da qarşılaşacaq. Cəlilabad şəhər stadionunda yerli "Ümid" Lənkəran "Alyans"ını saat 15:30-da qəbul edəcək. Bu zonanın "Astara" - "Şıxlar" (Qobustan) matçı təxirə salınıb. Bu da astaraların oktyabrın 25-dən 29-dək Gürcüstanın Batumi şəhərində beynəlxalq turnirdə çıxış etməsiylə bağlıdı.
Qərb liqasında "Energetik" təmsil etdiyi Minçəçevirdəki şəhər stadionunda "Oğuz"la görüşəcək. "Şəki" isə Şəki şəhər stadionunda Qazax "Göyəzən"iylə görüşəcək. Həmin matçlar saat 15:00-da başlayacaq.
Region Liqası
I tur
Paytaxt və Şimal zonası
"Qusar" - "İrəvan" (Bakı) - 3:0
Qollar: Coşqun Süleymanov, 69, Orxan Səfiyaroğlu, 75, 89
Mərkəz zonası
"Ağsu Siti" - Araz" (Saatlı) - 5:1
Qollar: Süleyman Piriyev, 12, Elçin Səmədzadə, 17, 78, 90+3, Fərmayıl Əliyev, 58 - Elçin Məmmədov, 90
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |