reklam
Sportfm.az xəbər saytı

"Hər bir çətinliyiə hazır olmalıyıq" -Qurban Qurbanov


"Bizim üçün hər oyun vacibdir. Onlardan biri də sabahkı matçdır. Hamımız qələbə gözləyirik. Lakin əsas məsələ öz futbolumuzu sərgiləməkdir". 

Sportfm.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oktyabrın 24-də UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Kiprin APOEL komandasına qarşı Bakıda keçirəcəkləri oyundan əvvəl deyib.

47 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan mətbuat konfransında sualları da cavablandırıb.

- Mahir Emreli və Xayme Romeronun durumu necədir? Araz Abdullayev "18-lik"də olacaqmı? 

- Mahir Emreli və Xayme Romero komanda ilə məşqlərə başlayıb. Onların "18-lik"də olmaq ehtimalları çoxdur. Sabahkı məşqdən sonra qərar verəcəyik. Araz Abdullayev də böyük ehtimalla "18-lik"də olacaq. 

- Avqustda qarşılaşdığınız APOEL ilə indiki komanda arasında nə kimi fərqlər var? 

- O vaxt yeni baş məşqçi gəlmişdi. Komanda istəkli idi və hansı oyun üslubunda oynayacaqlarını bilmirdik. Ancaq indi daha çox bir yerdədirlər, daha təcrübəli olublar. Hər bir çətinliyiə hazır olmalıyıq. 

- "Qarabağ"ın qrupdan çıxma şansı nə qədərdir? 

- Faizlə demək istəməzdim. Qrupdakı digər nəticələri gördünüz. Bu oyuna görə fikir bildirmək düz deyil. Son matça qədər mübarizə gedəcək. Bütün komandaların qrupdan çıxmaq şansı var. Həm "Qarabağ", həm də APOEL üçün çətin olacaq. Həddindən artıq istəkli olmalıyıq. İndi komandalar bir-birilərini daha yaxşı tanıyırlar.

Oxşar xəbərlər

"Rəqibin təcrübəli futbolçuları var" - Qurban Qurbanov
"Azarkeşlər hər iki kollektivin oyunundan zövq alacaq" - Qurban Qurbanov
APOEL artıq Bakıda - FOTO
"Qarabağ"ın ispaniyalı legioneri komandaya qoşuldu
"Rəqibin qarşısını almaq da vacibdir" - Qurban Qurbanov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər