reklam
Sportfm.az xəbər saytı

"Olimpiada-2024"-ün loqotipi təqdim olunub -FOTO


Parisdə yay Olimpiya oyunlarının Təşkilat Komitəsi 2024-cü ildə keçiriləcək beynəlxalq yarışların rəsmi loqotipini təqdim edib.

Sportfm.az xəbər verir ki, emblem gümüşü-qızıl rəngdədir və 3 simvoldan ibarətdir.

Loqotip Olimpiya alovunun təsvir edildiyi qızıl medala bənzəyir.

Həmçinin loqotipdə Fransa Respublikasının simvolunun xüsusiyyətləri təsvir edilib. Təşkilatçıların sözlərinə görə, medal idmanı simvollaşdırır, atəş olimpiya hərəkatıdır, Mariana isə Fransanı əks etdirir.

Qeyd edilir ki, tarixdə ilk dəfə emblem Olimpiya və Paralimpiya oyunları üçün ümumi olacaq. Oyunlar 26 iyulda başlayacaq və avqustun 11-dək davam edəcək. Paralimpiada isə avqustun 28-də start götürəcək və sentyabrın 8-də sona çatacaq.

Oxşar xəbərlər

Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu - Paris-2024
IOC olimpiadanın yarış formatını təsdiqlədi - Paris-2024
Olimpiya və Paralimpiya Oyunlarının açılışları ayrı keçiriləcək - Təşkilatçılar belə uyğun bildi
Olimpiadanın vaxtı dəyişdirildi
Olimpiya Oyunlarının yeni loqosu təqdim olundu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər