"Bu hadisə kaş olmayaydı" -Təmkin Xəlilzadə
"Sabah" klubunun futbolçusu Təmkin Xəlilzadə Azərbaycan Premyer Liqasının VIII turunda "Keşlə" ilə səfər matçında baş verənlərə aydınlıq gətirib.
Sportfm.az xəbər verir ki, 26 yaşlı cinah oyunçusu məsələ ilə bağlı şəxsi "İnstagram" hesabından paylaşım edib.
Azərbaycan millisinin üzvü qarşılaşma başa çatandan dərhal sonra referi Kamal Umudlu ilə arasında yaşanan xoşagəlməz olaya görə məyus olduğunu bildirib: "Keşlə" ilə oyundan sonra görüşün baş hakimi Kamal Umudlu ilə aramızda yaşanan xoşagəlməz olay məni çox məyus etdi. Əslində, normal tərzdə fikirlərimi ona çatdırmaq istədim, ola bilər bir az emosional alındı. Onun mənə qırmızı vərəqə göstərməsindən sonra isə özümü saxlaya bilmədim. Yaxşı anlayıram ki, milli komandanın və "Sabah" klubunun futbolçusu kimi emosiyalarımı cilovlamağa çalışmalıyam. Əvvəllər də qırmızı vərəqələr almışam, amma heç vaxt bu qədər aqressiv olmamışam. Hakimə hisslərimi bildirməkdənsə, hisslərimə hakim olmağı öyrənməliyəm. Karyeramın yaxşı dönəmini yaşayıram. Xüsusən milli komandada son oyunlarda vurduğum qollar məni lap həvəsləndirir. Belə bir məqamda bu hadisə kaş olmayaydı".
Qeyd edək ki, Xəlilzadə matç başa çatandan sonra baş hakimə kəskin etirazı qarşılığında qırmızı vərəqə alıb. Bundan qəzəblənən futbolçu referini vurmaq istəyib. Onu komanda yoldaşları və polislər sakitləşdiriblər.
Oxşar xəbərlər
"Neftçi"dən xal itkisi - Premyer Liqa
Təmkin Xəlilzadə hakimi vurmaq istədi, məşqçi münasibət bildirdi: "Qərar verəcəyik"
Məşhur futbolçu hakimə hücum etdi - FOTO
Hakimi vuran Aqşin Ömərov: Çox peşmanam
Endi Hallidey: "Liderlərə çatmaq üçün çox çalışacağıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası















Misli Premyer Liqası