Hakimi vuran Aqşin Ömərov: Çox peşmanam
Futzal üzrə Birinci Liqanın XI turunda baç verən xoşagəlməz hadisə ilə bağlı xəbər vermişdik. Yarımçıq qalan turun son matçında ADBTİA hesabda 1:0 öndə olan vaxt hakim kobud oynadığına görə, “Baku Fans”ın oyunçusu Aqşin Ömərova sarı vərəqə göstərib. Bu zaman Ömərov referini təhqir etdiyinə görə, qırmızı vərəqə ilə cəzalandırılıb. Futzalçının meydanı tərk etməsini tələb edən FİFA referisi Yusif Nurullayev gözləmədiyi halda “Baku Fans”ın oyunçusu tərəfindən döyülüb. Xəstəxanaya aparılan hakimin xəsarət aldığı məlum olub. Hadisə ilə Sportfm.az saytına danışan Aqşin Ömərov törətdiyi əməldən peşman olduğunu söylədi:"İnanın, həmin an nə etdiyimi bilmirdim. Hakimi vurmaq fikrim yox idi. Sadəcə, elə alındı. Mən Yusif Nurullayevdən və ictimaiyyətdən üzr istəyirəm. Bu hərəkəti etməli deyildim. Çox peşmanam. İnanıram ki, Nurullayev məni bağışlayacaq".
Qeyd edək ki, aldığı zərbədən sonra referi oyunu idarə etməkdən imtina edib və qarşılaşma yarımçıq dayandırılıb. Hakim baş verənləri matçın protokolunda qeyd edib.
Oxşar xəbərlər
“Baku Fans” komandasının baş məşqçisi 5 oyunluq cəzalandırıldı
Veteran futzalçı Azərbaycan Çempionatında 8 qol vurdu
Döyülən hakim icazə, vuran futbolçu vaxt istədi
Hakimi döyən Aqşin Ömərova ağır cəza verildi
Aqşin Ömərov hakimi döydü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası















Misli Premyer Liqası