Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rusiya və Kosovo komandaları eyni qrupda yer almayacaq
Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) Fövqəladə Komissiyası, Rusiya və Kosovo komandalarının birliyin himayəsi altında təşkil olunan turnirlərdə eyni qrupa salınmaması barədə qərar verib.
Sportfm.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
“Rusiya və Kosovo klubları arasında oyunların keçirilməsi ilə bağlı bütün təhlükəsizlik risklərini nəzərə alaraq komissiya qərara gəlib ki, bu komandalar qeyri-müəyyən vaxta qədər UEFA yarışlarında eyni qrupda olmayacaq.
2021-ci ildə keçiriləcək qadınlararası Avropa çempionatının seçmə mərhələsinin oyunlarında Rusiya və Kosovo milli komandalarının qarşılaşması neytral meydanda baş tutacaq”.
Oxşar xəbərlər
Rusiya millisi siyahıya daxil edilmədi - UEFA-dan yeni qərar
"Azərbaycan və Ermənistanla bağlı qərarın dəyişdirilmə vaxtı hələ çatmayıb" - UEFA prezidenti
UEFA Azərbaycan və Ermənistanınla bağlı qərarını dəyişməyəcək
UEFA Kosovo - Azərbaycan oyunu ilə bağlı qərar verdi
Millimiz Kosovo ilə harda oynayacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası