reklam
Cüdoçumuz dünya çempionatına qələbə ilə başladı
Sportfm.az xəbər saytı

Cüdoçumuz dünya çempionatına qələbə ilə başladı


Mərakeşdə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında iştirak edən Murad Fətiyev (81 kq) ilk qələbəsini qazanıb.

Sportfm.az xəbər verir ki, təmsilçimiz slovakiyalı Aleks Bartonu məğlub edib. Onun növbəti mərhələdə rəqibi macarıstanlı idmançı Benedek Toth olacaq. Eyni çəkidə mübarizə aparan digər cüdoçumuz Cahangir Məcidov isə ilk mərhələdə Məhəmməd Koçlə (Türkiyə) qarşılaşacaq.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan komandasının üzvləri Əhməd Yusifov (60 kq) gümüş, İbrahim Əliyev (66 kq) bürünc medal qazanıblar. Yarışda ölkəmizi 11 cüdoçu təmsil edir. Turnirdə 81 ölkədən 500-dən çox tatami ustası mübarizə aparır.

Dünya çempionatı oktyabrın 19-da başa çatacaq.

Oxşar xəbərlər

3 Avropa kuboku, 11 medal - Avropa Kuboku
Cüdoçumuz təsəlliverici görüşə çıxacaq - Avropa çempionatı
Dünya çempionatında iki cüdoçumuz mübarizəyə qoşulacaq
Dünya çempionatında 11 cüdoçumuz mübarizə aparacaq
Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər