reklam
Millinin iki oyununa hakim təyinatları açıqlandı
Sportfm.az xəbər saytı

Millinin iki oyununa hakim təyinatları açıqlandı


Futzal üzrə dünya çempionatının seçmə mərhələsində mübarizə aparacaq Azərbaycan millisinin iki oyununa hakim təyinatları açıqlanıb. 

Sportfm.az xəbər verir ki, oktyabrın 23-də Moldova ilə matçın əsas referisi çexiyalı Ondrey Çerny olacaq. Ona latviyalı İnqus Purins və almaniyalı İnqo Himsot köməklik göstərəcək. 

Oktyabrın 24-dəki Monteneqro ilə duel İnqo Himsota həvalə olunub. Ona Ondrey Çerny və portuqaliyalı Miqel Kastilyo yardımçı olacaq. 

Qeyd edək ki, hər iki görüş Bakı İdman Sarayında olacaq və saat 20:00-da başlayacaq. Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv oktyabrın 26-da isə Slovakiya ilə qarşılaşacaq. Mundialın əsas mərhələsi 2020-ci ildə Litvada olacaq. 

Oxşar xəbərlər

Azərbaycan – Polşa oyununa hakim təyinatları - Dünya çempionatı
Futzalçılarımızdan maksimal nəticə
Azərbaycan millisi Moldovaya qarşı
Milli komandamızın oyunlarını idarə edəcək hakimlər bəlli oldu
Millinin dünya çempionatındakı oyunlarının təqvimi bəlli oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər