AÇ-2022-nin məkanı bilindi
Futzal üzrə 2022-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsini təşkil edəcək ölkə müəyyənləşib.
Sportfm.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanada keçirilmiş iclasında Niderlandın evsahibliyi təsdiqlənib. Həlledici mərhələnin oyunları 2022-ci il 19 yanvar 6 fevral tarxilərində bu ölkədə keçiriləcək. İlk dəfə AÇ-nin finalında 16 komanda iştirak edəcək. Görüşlər Amsterdam Arena və Qroninq Arenada keçiriləcək. Arenalar 12 min azarkeş tutumuna malikdir. Seçmə mərhələnin oyunları isə 29 yanvar 2020-ci ildən başlayacaq və 2021-ci ilin oktyabrında yekunlaşacaq.
Qeyd edək ki, Niderlanddan başqa Fransa və Portuqaliya da turnirə evsahibliyi etmək istəyirdi.
Oxşar xəbərlər
Final İspaniyada təşkil olunacaq - Avropa çempionatı
Futzal üzrə Avropa Çempionatının planları açıqlandı
UEFA Avropa çempionatının yeni təqvimini açıqladı
Avropa Çempionatını 7 ölkə keçirmək istəyir
Müvəqqəti məşqçi Ağatahir Əzimov - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası