"Barselona"nın futbolçusunun evi oyun zamanı qarət olundu
İspaniya "Barselona"sının futbolçusu Samuel Umtitinin evi qarət olunub.
Sportfm.az xəbər verir ki, 26 yaşlı müdafiəçinin evi La Liqanın IV turunda "Valensiya" ilə matç zamanı soyulub. Fransalı oyunçu qarşılaşmada iştirak etməsə də, stadionda olub.
Umtitinin evinin qapısının açıq olduğunu görən qonşular polisə zəng vurub. Hadisə yerinə gələn polislər oğruların izlərini qeydə alıblar və boş seyf aşkarlayıblar. Şahidlərin sözlərinə görə, ən azı 4 nəfər qarətdə iştirak edib. Futbolçuya dəyən ziyanın məbləği açıqlanmayıb.
Qeyd edək ki, "Valensiya" ilə qarşılaşma "Barselona"nın qələbəsi ilə bitib - 5:2. Daha əvvəl Kataloniya təmsilçisinin sabiq futbolçusu Kevin-Prins Boatenq və Jordi Albanın da evi qarət olunub.
Oxşar xəbərlər
PSJ-nin oyunçusu qarət olundu - Fahişə tərəfindən
"Barselona"nın oyunçusu koronavirusa yoluxdu
"Atletiko"nun futbolçusu qarət olundu
Futbolçunun evindən qızıl-zinət əşyaları oğurlandı
Tanınmış futbolçu qarət olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası