Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Dünya çempionatında üç güləşçimiz mübarizəyə qoşulacaq
Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, çempionatın ikinci günündə yunan-Roma güləşçiləri 67, 87 və 97 kiloqram çəki dərəcələrində mübarizə aparırlar.
Püşkün nəticəsinə görə, ilk görüşdə güləşçilərimizdən Rəsul Çunayev (67 kq) macarıstanlı Mate Kraşnay, İslam Abbasov (87 kq) Gürcüstan təmsilçisi Qurami Xetsuriani, Orxan Nuriyev (97 kq) qazaxıstanlı Yerulan İskakov ilə qarşılaşacaq.
Dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.
Oxşar xəbərlər
Daha 3 güləşçimiz mübarizəyə başlayır - Dünya çempionatı
Güləşçimiz dünya çempionatının bürünc medalını qazandı
Dünya çempionatında sərbəst güləşçilərimizin rəqibləri müəyyənləşdi
Güləşçilərimiz Avropa çempionatında mübarizəyə başladı
İslam Abbasov beşinci oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası