reklam
Mixael Şumaxerə hüceyrə köçürüləcək
Sportfm.az xəbər saytı

Mixael Şumaxerə hüceyrə köçürüləcək


Parisin "Pompidou" klinikasına yerləşdirilən Formula-1 üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer əməliyyat olunacaq.

Sportfm.az xəbər verir ki, 50 yaşlı keçmiş pilotun ailəsi ona hüceyrə köçürülməsinə qərar verib. Bu üsul standart müalicəyə cavab verməyən xəstələrə tətbiq olunur. Zədələnmiş orqanlara birbaşa kök hüceyrə yeridilməsi ilə orqanların yenidən əvvəlki funksiyası bərpa olunur. Mayalanmadan dörd gün keçdikdən və bir neçə hüceyrənin bölünməsindən sonra totipotent adlanan mayalanmış yumurta hüceyrələri inkişaf etməyə başlayır və blastosit adlanan içi boş kürəyə çevrilirlər. Müxtəlif hüceyrə növlərinə çevrilmə və özünü yeniləmə qabiliyyətinə malik olan bu hüceyrələrə kök hüceyrə deyilir.

2013-cü ildə Fransanın Alp dağlarında xizək sürərkən yıxılan Şumaxer kəllə-beyin travması almışdı. Almaniyalı pilot komadan ayılmayıb.

Oxşar xəbərlər

Şumaxerin son durumu açıqlandı
Əməliyyatı alınmayacaq! - Şumaxerin
Alman pilotun boyu getdikcə qısalır!
Mixael Şumaxerdən yeni xəbər var
İflic olan əfsanəvi Mixael Şumaxer yeriməyə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər