reklam
EKOL yeni mövsümə qələbə ilə başladı
Sportfm.az xəbər saytı

EKOL yeni mövsümə qələbə ilə başladı


Sentyabrın 11-də futzal üzrə Yüksək Liqanın yeni mövsümünə start verilib.

Sportfm.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən çempionat “Premier” (Quba) – EKOL oyunu ilə başlayıb.

Baş hakim Anar Fərəcovun idarə etdiyi oyunda EKOL komandası 7:3 hesabı ilə qalib gəlib. EKOL-un heyətində Əsgər Abasov dubl edib, Radik Əhmədov, Talebmohammad Arabpur, Namiq Məmmədkərimov, Mehdi Pənahande və Fərid Atakişiyev hərəyə bir dəfə fərqləniblər.

Quba təmsilçisinin heyətində ilk qolun müəllifi Vüqar Asalıyev olub. Firudin Ağalarov isə iki dəfə rəqib qapısına yol tapıb.

Sonra meydana “Araz” və “Baku Fire” komandaları çıxacaqlar. Görüş Mehman Mahmudova tapşırılıb.

Turun üçüncü qarşılaşması “Bakı” və “Yasamal” komandaları arasında keçiriləcək. Matçda baş hakim funksiyasını Əli Cəbrayılov yerinə yetirəcək.

Ardıcıl keçiriləcək “Marafon”–“Neftçi” oyununu Hikmət Qafarlı, “Xızı”–“Record club” qarşılaşmasını isə Azər Əsgərov idarə edəcəklər.

Oxşar xəbərlər

Yüksək Liqada qol vuranlar - SİYAHI
“Araz” ardıcıl 13-cü qələbəsini rəsmiləşdirdi
Ağalarov millinin üzvlərini də geridə qoydu
Çempionun oyunu canlı yayımlanacaq
I turun oyun cədvəli açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər