reklam
Sportfm.az xəbər saytı

"Bunu bacaracağımıza heç şübhə də etmirdim" -Milan Obradoviç


Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. Son dəqiqələrdə vurduğu qolla 3 xal qazanan Azərbaycan yığmasının baş məşqçisi Milan Obradoviç AFFA-nın rəsmi saytına oyunla bağlı danışıb: “Çox istəkli idik. Qol buraxdıqdan sonra da uşaqlara ruhdan düşməməyi, heç nəyin bitmədiyini, sona qədər oynamağın vacib olduğunu bildirdim. Uşaqlar da özlərinə inanırdılar. Nəticədə qələbə topunu vurduq. Bunu bacaracağımıza heç şübhə də etmirdim. Birinci hissədə daha yaxşı oynadıq. İkinci hissədə rəqibin daha çox təzyiq edəcəyini gözləyirdik. Fərid Nəbiyevin əvəzlənməsi zədə ilə deyil, taktiki dəyişikliklə bağlı idi. Onun hazırda yaxşı formada olduğunu qeyd edə bilərəm. Unutmayaq ki, bizim 4 gündən sonra daha bir rəsmi görüşümüz var. Əlbəttə, Gürcüstanla oyuna qədər optimal formada olacağımıza inanıram. Adətən bu cür oyundan və qələbədən sonra növbəti qarşılaşmaya daha tez bərpa olursan. Gürcüstan haqda tam məlumata sahibəm. Onların son 8 oyununu izləmişəm”.

Oxşar xəbərlər

"Şanslar hələ bitməyib" - Joze Alesio Da Silva
“Beynəlxalq oyunların kasadlığı özünü büruzə verdi” - Milan Obradoviç
"Azlıqda qalmağımız öz sözünü dedi" - Milan Obradoviç
"Azərbaycan yığması çox yaxşı və intizamlı oynadı" - Adrian Gula
Joze Alesio:"Bu gün daha yaxşı oynadıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər