Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Barselonanı lərzəyə salan bakılı balası yubileyini qeyd edir -FOTO
Bu gün 1969-cu ildə Bakıda dünyaya gələn olimpiya çempionu Valeri Belenkiyin yubileyidir.
Sportfm.az xəbər verir ki, 50 yaşlı qeyd edən üçqat dünya çempionu 1992-ci ildə Barselonada keçirilən Yay Olimpiya Oyunlarında idman gimnastikası üzrə qızıl medal qazanıb. Bakılı balası İspaniyada hərəkətləri o qədər mükəmməl ifa etmişdi ki, bütün tamaşaçıları ayağa qaldırmağı bacarmışdı. O, 1994-cü ildə Almaniyaya mühacirət edib. 1996-cı ildə Atlantada baş tutan olimpiadada Almaniyanı təmsil edən Belenkiy bu idman növünün idman zalına daxil olan yeganə azərbaycanlıdır. Valeri Belenkiyi təbrik edirik, ona uzun ömür və möhkəm sağlamlıq arzulayırıq!

Oxşar xəbərlər
Azərbaycanlı məşqçi Almaniya yığmasını çalışdıracaq - Təyinat
Valeri Belenki 51 - Azərbaycanla nəfəs alan qızıl oğlan
Azərbaycanlı idmançılar ABŞ-da 10 qızıl medal qazandı - FOTO
Olimpiya çempionu qızıl medalını satışa çıxardı: borc əlindən
İsrailin yeganə Olimpiya çempionu qızıl medalını satacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası