Azərbaycanlı idmançılar ABŞ-da 10 qızıl medal qazandı -FOTO
ABŞ-ın Texas ştatının Pleyno şəhərində Ümumdünya Olimpiya Gimnastika Akademiyasının (World Olympic Gymnastics Academy) təşkilatçılığı ilə çempionat keçirilib. Çempionatda ilk dəfə Azərbaycan idmançıları iştirak ediblər.
Sportfm.az xəbər verir ki, beynəlxalq yarış ikiqat olimpiya çempionu (1988) Valeri Lyukinin şərəfinə keçirilir. Çempionatda dünyanın müxtəlif ölkələrindən 4000 idmançı iştirak edib. Yarışda hər ölkədən ən güclü idmançıları yer alıb.
12 min tutumlu arenada baş tutan çempionatda Azərbaycanı idman gimnastikası üzrə Əli və Hüseyn Xəlilov qardaşları təmsil edib.
10 yaşlı Əli Xəlilov mütləq çempion olub və 6 qızıl medalın hamısını qazanıb. 8 yaşlı Hüseyn isə 4 qızıl medalın sahibi olub. Bundan başqa, Hüseyn gümüş medal da qazanıb.
Qeyd edək ki, bu çempionatda Azərbaycan ilk dəfə təmsil olunub.
Xatırladaq ki, Xəlilov qardaşlarının şəxsi məşqçisi idman gimnastikası üzrə üçqat SSRİ çempionu Zakir Mehdiyevdir.
Oxşar xəbərlər
Kiçikyaşlı azərbaycanlı idmançıların böyük uğuru - 10 medal
Azərbaycanlı idmançı Qazaxıstanı fəth etdi - VİDEO
Azərbaycanlı idmançı Rusiyada 6 qızıl medal qazandı - FOTO
Azərbaycanın iki gimnastı Moskvada medal qazandı - FOTO
Uşu-sandaçılarımız dünya çempionatında 3 qızıl və 1 gümüş medal qazanıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası