Füzuli Musayev yeni assosiasiyanın prezidenti oldu
Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin bazasında yeni yaradılan Braziliya Ciu-Citsu və Xidməti Tətbiqi İdman Növləri Assosiasiyasının təsis konfransı keçirilib.
Sportfm.az xəbər verir ki, konfransda Azərbaycan-Braziliya Ciu-citsu məktəbinin rəhbərləri o cümlədən, Türkiyənin İzmir şəhərindən, Sumqayıt, Ələt, Suraxanı, Qusar, Gəncə və digər rayonlardan 22 nümayəndə iştirak edib.
Konfransda Assosiasiyanın prezidenti seçilib. İclasa sədrlik edən Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Rəsul Məmmədov Azərbaycan Taekvondo Federasiyasının, Azərbaycan Karate Federasiyaları Assosiasiyasının birinci vitse prezidenti, FHN-nin İdman Sağlamlıq Mərkəzinin rəisi Füzuli Musayevi prezident vəzifəsinə irəli sürüb və təklif edilən namizəd yekdilliklə adı çəkilən vəzifəyə seçilib.
Yeni seçilən prezident assosiasiyanın birinci vitse-prezidenti vəzifəsinə Braziliya Ciu-citsu klubu “İctimai birliyi”nin rəhbəri Taleh Həsənovu, baş katibi vəzifəsinə uzun müddət Daxili İşlər Nazirliyinin əlbəyaxa döyüş mərkəzinin rəhbəri, xidməti tətbiqi idman növlərinin inkişafında səy və xidmətləri olan İdman Sağlamlıq Mərkəzinin Hüquqşünası Həmid Məmmədovu, Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Rəsul Məmmədovu texniki direktor, Assosiasiyasının məşqçilər komitəsinə Azərbaycan Cüdosuna tövhələr vermiş Rəcəblilər sülaləsinin nümayəndəsi Zaur Rəcəblini sədr təyin edib.
Oxşar xəbərlər
İdmançılarımız Kombat Ciu-Citsu üzrə dünya çempionatında 7 medal qazandı
Füzuli Musayev vitse–prezident seçildi
"Media bizə dəstək olmur" - VİDEO
Bakıda Braziliya Ciu-Citsu üzrə beynəlxalq seminar təşkil olundu - FOTO
Braziliya Ciu-Citsu (No-gi) və Kombat Ciu-Citsu üzrə açıq turnir keçirildi - FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası