Yan xətt hakimləri robot olacaq! -İnqilabi ideya
FİFA rəhbərliyi gələcəkdə yan xətt hakimlərinin əvəzinə robotlardan istifadə etmək barədə düşünür.
Sportfm.az xəbər verir ki, bu haqda Britaniyanın “Mirror” nəşri məlumat yayıb. “FİFA-nın departamenti artıq bununla bağlı müvafiq araşdışdırmalar aparır. Robotlar laysmanları əvəz edə bilərmi? Bunun gələcəkdə həyata keçməsi mümkündür” – deyə FİFA-ya yaxın mənbə bildirib.
Alim Yan Pirson isə deyib ki, 2030-cu ilə kimi Premyer Liqa, La Liqa və A seriyasında robot-hakimdən istifadə edilə bilər.
Qeyd edək ki, son illər futbolda müasir texnologiyaların tətbiqi genişlənməyə başlayır. İlk belə addım qolun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirən kompüter funksiyası olub. 2018-ci ildən başlayaraq isə VAR sistemi tətbiq olunub. Bunun sayəsində hakimlər epizodlara təkrar baxa və bundan sonra qərar çıxara bilərlər.
Oxşar xəbərlər
VAR hakimlərinin səlahiyyətləri genişləndiriləcək
Elxan Məmmədov hakimlərlə görüşdü - VAR sistemi tətbiq olunacaq
Ofsaydla bağlı yeni sistemdən istifadə ediləcək - FIFA DÇ-2022-də
FIFA-da DÇ-2022 üçün yeni texnologiya
Videotəkrar və 4-cü əvəzetmə imkanı da olacaq - DÇ-də
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" 9-1 "Şəmkir" - VİDEO
-
Güləşçilərimiz bürünc medal uğrunda yarışacaq - Avropa Çempionatı
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası