Millimiz Macarıstanla üz-üzə -YENİLƏNİR
Macarıstanın paytaxtı Budapeştdə qadın voleybolçular arasında Avropa çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, C qrupunda yer alan Azərbaycan millisi bu gün 3-cü turda ev sahibi Macarıstanla qarşılaşacaq. Hazırda Covanni Kapraranın komandası qrupda ilk "4-lüy"ə düşmək üçün bu görüşdə mütləq qalib gəlməlidir.
Bu gün C qrupunun digər matçında Hollandiya ilə Xorvatiya üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə birgə C qrupunda yer alıb. Qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.
Avropa çempionatı
C qrupu, III tur
22:30. Macarıstan – Azərbaycan
Budapeşt. Lasso Pappa adına İdman Arenası
Oxşar xəbərlər
Yığmamız Avropa Çempionatının 1/8 final mərhələsinə yüksəldi
Estoniya millimiz önündə gücsüz qaldı - FOTO
Millimiz Macarıstana qalib gəldi
Millimiz Hollandiya yığması ilə qarşılaşacaq
Millimiz Avropa çempionatında mübarizəyə başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası