Şehiçin "Qarabağ"dan gedəcəyi tarix açıqlandı
Bosniya və Herseqovina yığmasına çağırılan "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin millinin düşərgəsinə qoşulacağı tarix bəlli olub.
Sportfm.az xəbər verir ki, bu barədə millinin yeni baş məşqçisi Robert Prosineçki xəbər verib.
Bosniya mətbuatına danışan xorvatiyalı çalışdırıcı dəvət göndərdikləri futbolçulardan ikisinin komandaya bir qədər gec qoşulacaqlarını bildirib. Şehiçlə yanaşı, ABŞ-ın "Filadelfiya Yunion" klubunun yarımmüdafiəçisi Haris Medunyanin də ölkə daxilindəki hazırlıq prosesində iştirak etməyəcək.
Prosineçki qeyd edib ki, Şehiç komandaya Türkiyədə qoşulacaq: "İbrahim İstanbulda bizə qatılacaq və kollektivlə birlikdə ABŞ-a uçacaq. Medunyanın isə orda bizi gözləyəcək".
Yanvarın 21-də toplaşacaq kollektiv əvvəlcə Türkiyəyə, ordan isə ABŞ-a səfər edəcək. Okeanın o tayına səfər yanvarın 25-də baş tutacaq. Bu isə o deməkdi ki, İbrahim Şehiç Bosniya və Herseqovina yığmasına məhz bu tarixdə qoşulacaq.
Qeyd edək ki, bosniyalılar hazırlıq prosesi çərçivəsində yanvarın 28-də Los-Ancelesdə ABŞ, 31-də isə San-Antonioda Meksika ilə qarşılaşacaqlar.
Oxşar xəbərlər
"Qarabağ"ın futbolçusu milliyə dəvət aldı
Prosineçki çağırdı, 90 dəqiqə meydanda oldu
Prosineçki "Qarabağ"ın qapıçısını Bosniya və Herseqovina millisinə dəvət edib
Robert Prosineçki Şehiçi yanına çağırdı
Sehiçin əvəzedici komandaya göndərilməsi xəbərinə "Qarabağ"dan — AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası