Yüksək Liqada iştirak edəcək komandaların sayı artırıldı
Futzal üzrə 2019/2020 mövsümündə Azərbaycan Yüksək Liqasında iştirak edəcək komandaların sayı artırılıb.
Sportfm.az xəbər verir ki, ötən mövsüm çempionatda 7 klub yer aldığı halda, bu dəfə 10 komanda müraciət edib.
Onlardan dördü - “Araz”, EKOL, “Neftçi” İK, “Yasamal” İSK ötən çempionatın iştirakçısıdır. “Marafon Futsal” 1 illik fasilədən sonra yenidən Yüksək Liqada olacaq. Yeni komandalar isə “Baku Fire”, “Record club”, “Xəzər” (Yardımlı), TFF-55 (Tələbə Futbol Federasiyasının) və “Quba Premyer”dir.
Qeyd edək ki, yeni mövsümünün püşkü sentyabrın 4-də atılacaq. Bakı İdman Sarayının Mətbuat Konfransı otağında təşkil ediləcək mərasim saat 11:30-da başlayacaq. Əvvəlcə Yüksək Liqanın püşkü atılacaq. Saat 12:00-da Birinci, saat 12:30-da isə İkinci Liqanın püşkatma mərasimi olacaq.
Oxşar xəbərlər
Püşkatmanın vaxtı məlum oldu Yüksək Liqa
Yüksək Liqada yeni mövsüm başlayır - Sentyabrın 24-də
Yüksək Liqada mövsüm başlayır - Tarix bəlli oldu
Yüksək Liqanın püşkü atıldı
Azərbaycan çempionatının püşkü atılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
2 komanda 1//8 finala yüksəldi - Azərbaycan Kuboku
-
"Qarabağ" "Dinamo" Zaqrebə qarşı - Gənclər Liqası
-
1/8 finalçılar müəyyənləşir - Azərbaycan Kuboku
-
Rəhim Həsənov hakimin səhv etdiyini açıqladı - VİDEO
-
FIFA və AFFA rəhbərliyi yığmamızın oyununu izlədi
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA














Misli Premyer Liqası