Yüksək Liqanın püşkü atıldı
Bu gün Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqanın 2019-2020-ci il mövsümünün püşkatma mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, komandalara əsasnamədə edilmiş yeniliklərlə bağlı məlumat verilib, suallar cavablandırılıb. Qeyd edək ki, ötən illə müqayisədə Yüksək Liqada bu dəfə 7 yox, 10 komanda qalib adı uğrunda mübarizə aparacaq. Mövsüm 3 dövrədən ibarət olacaq. “İlk 4-lük”də yer alacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaq. Bundan başqa, cari mövsümdə legioner limiti tətbiq ediləcək. Komandalar iştirak ərizəsinə maksimum 7, oyunun protokoluna isə 5 legioner futzalçının adını daxil edə bilər. Matçın protokoluna 2000-ci il və daha gənc yerli oyunçunun adının daxil edilməsi isə vacibdir.
Püşkün nəticəsinə əsasən, çempionatın birinci turunun təqvimi aşağıdakı kimidir:
11 sentyabr, Bakı İdman Sarayı
“Bakı” TFK – “Yasamal” İSK
“Araz” – “Baku Fire”
“Xızı Futzal” – “Record club”
“Premier” (Quba) – EKOL
“Marafon” FK – “Neftçi”İK
Oxşar xəbərlər
Yeni mövsümün püşkü atıldı - Azərbaycan çempionatı
Yüksək Liqanın növbəti turunun cədvəli açıqlandı
Yüksək Liqa, X tur: Oyun cədvəli
Çempionun oyunu canlı yayımlanacaq
I turun oyun cədvəli açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası