reklam
UEFA 2018/2019 mövsümünün ən yaxşı futbolçusu adına namizədləri açıqladı
Sportfm.az xəbər saytı

UEFA 2018/2019 mövsümünün ən yaxşı futbolçusu adına namizədləri açıqladı


UEFA 2018/2019 mövsümünün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

Sportfm.az xəbər verir ki, mövsümün ən yaxşı kişi oyunçusu adına argentinalı Lionel Messi ("Barselona", İspaniya), hollandiyalı Vircil van Deyk ("Liverpul", İngiltərə) və portuqaliyalı Kriştianu Ronaldu ("Yuventus", İtaliya) iddialıdır.

Mövsümün ən yaxşı qadın futbolçusu adına isə Fransanın "Lion" komandasının üzvləri - fransalı Amandi Anri, ingiltərəli Lüsi Bronz və norveçli Ada Hegerberq namizəd göstəriliblər.

Qeyd edək ki, qalibin adı avqustun 29-da UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.  Ötən mövsüm bu ada müvafiq olaraq xorvatiyalı Luka Modriç ("Real Madrid", İspaniya) və danimarkalı Pernille Harder ("Volfsburq", Almaniya) layiq görülüblər.

Oxşar xəbərlər

UEFA ən yaxşı adına namizədlər bilindi
İlin futbolçusu adına yekun namizəd "üçlüy"ü açıqlandı
UEFA ÇL-də ötən mövsümün ən yaxşıları adına namizədləri açıqladı
Ən yaxşı futbolçuların siyahısında Messinin adı yoxdur! - UEFA açıqladı
Ronaldo, Messi, Salah... - İlin futbolçusu adına namizədlər məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər