Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
UEFA ən yaxşı adına namizədlər bilindi
UEFA ötən mövsümün ən yaxşı qadın futbolçusu və baş məşqçisi adına namizədlərin qısaldılmış siyahısını açıqlayıb.
Sportfm.az xəbər verir ki, siyahıda 3 oyunçu yer alıb. Bunlar İngiltərə "Arsenal"ının hücumçusu Bet Mid, Almaniya "Volfsburq"unun forvardı Lena Oberdorf və İspaniya "Barselona"sının yarımmüdafiəçisi Aleksiya Putelyasdır.
Ən yaxşı qadın baş məşqçi adına isə Fransa "Lion"undan Sonya Bompastor, Almaniya millisindən Martina Foss-Teklenburg və İngiltərə yığmasından Sarina Viqman iddia edir.
Qeyd edək ki, qaliblərin adları avqustun 25-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq. Tədbir Türkiyənin İstanbul şəhərində baş tutacaq.
Oxşar xəbərlər
Ötən mövsümün ən yaxşı futbolçusu - UEFA açıqladı
"The Best" mükafatı sahiblərinə qovuşacaq - FIFA
FIFA ilin qalibləri adına namizədləri açıqladı
Ən yaxşı futbolçuların siyahısında Messinin adı yoxdur! - UEFA açıqladı
UEFA ən yaxşıları açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
















Misli Premyer Liqası