Açıq Kubok başa çatdı
Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilmiş sərbəst güləş üzrə Açıq kubok yarışına yekun vurulub.
Sportfm.az xəbər verir ki, "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən turnirdə yeniyetmə sərbəst güləşçilər 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kiloqram çəkilərdə mübarizə aparıblar. Ölkənin 30-dan artıq klub və cəmiyyətindən 200-dən artıq idmançı yarışda qüvvəsini sınayıb.
Yarışda yüksək nəticə göstərən Musa Verdiyev (45 kq, Gəncə), Mahir Məmmədov (48 kq, Şamaxı-Sərhədçi), Fəqan Mirzəyev (51 kq, Cəlilabad-Gömrükçü), Camal Qasımov (55 kq, Həyat-Sərhədçi), Cavidan Əhmədov (60 kq, Sumqayıt), Zeyqəm Qurbanov (65 kq, Şamaxı-Sərhədçi), Sadiq Abbasov (71 kq, Cəlilabad-Gömrükçü), Əli Əmirov (80 kq, Şamaxı-Sərhədçi), Xəlil Allahverdiyev (90 kq, Qazax-Sərhədçi), Murad Bəhlulzadə (110 kq, Sərhədçi) qızıl medala layiq görülüblər.
Yekun nəticələrə görə, "Sərhədçi" komanda hesabında birinci olub. Gəncə və Şamaxı komandaları isə ikinci və üçüncü yerləri tutublar.
Oxşar xəbərlər
"Gəncə" rəqibini səfərdə məğlub etdi
Bu pley-off zonasından uzaqlaşdı
"Sərhədçi PİK" turun açılış matçında qalib gəldi - Basketbol Liqası
3 xal fərqiylə qazanılan qələbə - Azərbaycan Basketbol Liqası
Bakıdakı İdman Kompleksinin adı dəyişdirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisi Lixtenşteynə qarşı - Millətlər Liqası
-
"Litva və Lixtenşteyn tamamilə fərqli futbol oynayır" - Ayxan Abbasov
-
Millimiz 1-ci təsnifat mərhələsində iştirak edəcək - Avropa çempionatı
-
Türk futbolunun sabiq ulduzunun başı dərddə
-
Litva - Andorra - 3:0 - VİDEO
-
Azərbaycan millisi Şotlandiyaya məğlub oldu - Avropa Çempionatı















Misli Premyer Liqası