Şəhriyar Məmmədyarovun mövqeyi dəyişdi
Beynəlxalq Şahmat Federasiyası (FİDE) avqust ayı üçün reytinq siyahısını açıqlayıb.
Sportfm.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan qrossmeysterlərindən Şəhriyar Məmmədyarov bir pillə geriləyib. O, 2764 xalla 9-cu pillədə qərarlaşıb. 34 yaşlı şahmatçı norveçli dünya çempionu və lider Maqnus Karlsendən 118 xal geri qalır.
Bir pillə irəliləyən Teymur Rəcəbov 2758 xalla 12-ci sıradadır. Hesabında 2675 xalı olan Arkadi Naydiç 62-ci yerdə qalıb. Qədir Hüseynov isə 2654 xalla "100-lüy"ü qapayır. Onun da mövqeyi dəyişməyib.
Qadınların "Top-100"də Azərbaycanın iki şahmatçısı yer alıb. Bir pillə geriləyən Günay Məmmədzadə 2425 xalla 41-ci pillədədir. Yenidən "Top-100"ə dönən Xanım Balacayeva isə 2367 xalla 97-cidir.
Oxşar xəbərlər
Şahmatçılarımızın mövqeyi dəyişməz qaldı - FIDE reytinqi
Rəcəbov və Məmmədyarovun mövqeyi dəyişmədi - FIDE reytinqi
Günay Məmmədzadə 3 pillə irəlilədi - FIDE reytinqi
Şəhriyar Məmmədyarov 2 pillə gerilədi
Şahmatçılarımız FIDE reytinqində irəlilədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisi Çexiya ilə bərabərə qaldı - DÇ-2028
-
Tovuzda keçiriləcək Çempionlar Liqası oyununun biletləri təqdim edilib
-
Həftənin rəmzi komandası açıqlandı - Çempionlar Liqası
-
Kriştiano Ronaldo millidəki karyerasını başa vurdu
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Seltik" "Beşiktaş"la üz-üzə - Avropa Liqası














Misli Premyer Liqası