Paralimpiya yığmamız Avropanın ən güclüsü oldu -FOTO
Azərbaycanın cüdo idman növü üzrə paralimpiya yığması Avropa Çempionatının komanda yarışlarında birici yeri qazanıb.
Sportfm.az xəbər verir ki, yığmamız komanda yarışlarında Türkiyəni 5-1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Yarımfinalda Rusiya yığmasını 4-3 hesabı ilə məğlub edən cüdoçularımız finalda yarışmaq şansı qazanıblar. Finalda isə Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (İBSA) yığma komandası ilə görüşüb. Azərbaycan komandası İBSA yığmasını 6-0 hesabı ilə məğlub edərək birinci yerə layiq görülüb.
Azərbaycan yığması adından tatamiyə çıxan idmançılarımız İlham Zəkiyev (+100), Hüseyn Rəhimli (-81kq), Bayram Mustafayev (66kq), Dürsədəf Kərimova (+70kq), Xanım Hüseynova (63 kq) və Səbinə Abdullayeva (-52) olub.
Beləliklə komanda yarışlarında Azərbaycan yığması birinci, İBSA yığması ikinci yerə layiq görülüb. Rusiya və Gürcüstan yığmaları isə çempionatın bürünc medalı ilə kifayətlənməli olublar.
Xatırladaq ki, Azərbaycanın Cüdo Üzrə Paralimpiya Milli Komandası Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə Avropa Çempionatında iştirak edir.
Oxşar xəbərlər
Cüdo yığmamız Avropa çempionu oldu - Uğur
8 idmançımız Bakıdakı DÇ-yə buraxılmadı
Cüdoçularımızın dünya reytinqi - SİYAHI
Yığmamız Rusiyaya məğlub oldu
Bakıda Belarus yığmasına qızıl medal verildi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Birbaşa Bakı” mübarizəni dayandırdı - Çempionlar Liqası
-
Azərbaycan Qran-Prisində 2-ci gün başladı
-
Hakimimiz FİDE-nin xüsusi mükafatına layiq görüldü
-
“Xankəndi” baş məşqçisi ilə yollarını ayırdı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Azərbaycan boksçusundan gümüş medal - Avropa çempionatı















Misli Premyer Liqası