"Neftçi" "Arsenal"la, "Qəbələ" "Dinamo" ilə qarşılaşacaq
Bu gün "Qəbələ" və "Neftçi" komandaları UEFA Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyununu keçirəcəklər.
Sportfm.az xəbər verir ki, "qırmızı-qaralar" bu mövsüm qitəmiqyaslı turnirdə ilk matça çıxacaqlar. Rəqib isə Gürcüstanın "Dinamo" (Tbilisi) komandası olacaq. Qəbələ şəhər stadionundakı qarşılaşmanı şotlandiyalı referi Nikolas Uolş idarə edəcək. "Qəbələ" - "Dinamo" cütünün qalibi növbəti mərhələdə Hollandiya "Feyenoord"u ilə üz-üzə gələcək.
Flaqman isə Rusiyada "Arsenal"ın qonağı olacaq. Tula şəhərindəki "Arsenal" mərkəsi stadionunda təşkil olunacaq qarşılaşmaya Enea Yorcinin rəhbərliyi altında albaniyalı hakimlər briqadası təyinat alıb. "Arsenal" - "Neftçi" cütünün qalibi Avropa Liqasının III təsnifat mərhələsində İsrail "Bney Yehuda"sı ilə qarşılaşacaq.
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
19:00. "Qəbələ" (Azərbaycan) - "Dinamo" (Tbilisi, Gürcüstan)
Baş hakim: Nikolas Uolş
Yan xətt hakimləri: Alan Mulvenni, Cordan Stokoe
Dördüncü hakim: Qavin Dankan (hamısı Şotlandiya)
Hakim-inspektor: Qay Qötalz (Belçika)
UEFA nümayəndəsi: Mixalis Mitas (Kipr)
Qəbələ şəhər stadionu
21:00. "Arsenal" (Tula, Rusiya) - "Neftçi" (Azərbaycan)
Baş hakim: Enea Yorci
Yan xətt hakimləri: Ridiger Çokay, İlir Tartaray
Dördüncü hakim: Klaydi Kola (hamısı Albaniya)
UEFA nümayəndəsi Sergey İliç (Belarus)
Hakim-inspektor: Pavel Saliy (Qazaxıstan)
Tula (Rusiya), "Arsenal" mərkəzi stadionu.
Oxşar xəbərlər
"Dinamo" - "Qəbələ" matçının hakimlər açıqlandı
"Neftçi" "Arsenal"a qalib gəldi - YENİLƏNİB
"Qəbələ" və "Neftçi"nin potensial rəqibləri müəyyənləşir
"Qəbələ" - "Dinamo" matçının hakimləri açıqlandı
"Arsenal" - "Neftçi" matçı albaniyalı hakimlərə tapşırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı















Misli Premyer Liqası