"Qarabağ"ın istədiyi daha bir futbolçunun adı açıqlandı
"Qarabağ"ın transfer siyahısında olan daha bir futbolçunun kimliyinə aydınlıq gəlib.
Sportfm.az xəbər verir ki, Argentina mətbuatı "Uraqan"ın hücumçusu Lukas Qambanın da "Qarabağ"ın transfer siyahısında olduğunu yazıb.
Qambanın 32 yaşı var. O, 2018/19 mövsümündə Argentina yüksək liqasında 24 oyuna 6 qol vurub. Məlumata görə "Qarabağ" rəsmi şəkildə bu futbolçuya müraciət etməsə də menecerlər vasitəsilə təmas qurulub. Komanda ÇL-in qrup mərhələsinə vəsiqə qazanacağı halda sözügedən argentinalı transfer edilə bilər.
Lukasın qiyməti də açıqlanıb. Belə ki, "Qarabağ" bu futbolçunu əldə etmək istəsə 2 milyon 100 min dollarından keçməli olacaq.
"Osmanlıspor"dan Maqaye Qeyenin transferindən sonra baş məşqçi Qurban Qurbanov avrokuboklarda qrup mərhələsinə kimi əlavə hücumçu almamaq qərarı verib. Komanda ÇL-də qrupa düşərsə, bu halda transfer siyasətində hansısa yeniliklər ola bilər. Bununla belə, klub qapıçı və orta mövqeyə daha bir yarımüdafiəçi almaq fikrindədi.
Oxşar xəbərlər
"Sumqayıt" 3 milyon avro qazana bilər - Avrokuboklar
"Oyunçular bizə öz fikirlərini son anda deyirlər" - Qurban Qurbanov
"Qarabağ" fransalı hücumçuya 1,4 milyon manat verəcək
Fransa yığmasının şərəfini qorumuş futbolçu "Qarabağ"da - FOTO
"Qarabağ" avrokuboklardan nə qədər qazanc əldə edə bilər? - Rəqəmlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası