reklam
Sportfm.az xəbər saytı

"Barselona"ya intizam işi açıldı -Qrizmana görə


İspaniyanın Kral Futbol Federasiyası (RFEF) fransalı hücumçu Antuan Qrizmanın "Atletiko Madrid"dən Kataloniya klubuna keçidi ilə bağlı "Barselona"ya qarşı intizam işi açıb.

Sportfm.az xəbər verir ki, Qrizmann "Atletiko Madrid"dən "Barselona"ya iyulun 12-də 120 mln. avroya keçib.

Sonradan Madrid klubu bəyanatla çıxış edərək bildirib ki, "Barselona" fransalı hücumçu ilə 2018-ci ildən danışıqlar aparıb və Qrizmanının Madrid klubunun rəhbərliyi ilə təzminat miqdarının azaldılması barədə razılıq əldə etməsinə təsir göstərib.

Sonradan xəbər yayılıb ki, "Atletiko" futbolçunun mart ayında Kataloniya klubu nümayəndələri ilə apardığı danışıqlara dair sübutlara malikdir.

Madrid klubu "Barselona"dan futbolçuya görə ilkin təzminat məbləğinə daxil olan daha 80 mln. avro tələb edəcək.

Oxşar xəbərlər

Depay Madrid klubuna keçdi
Qrizmann yenidən "Atletiko"da - İcarə əsasında
Antuan Qrizmann "Barselona" ilə bağlı qərar verdi
"Barselona"ya transfer qadağası qoyulacaqmı?
Qrizmanın yeni komandası məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər