Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Səbail" Rumıniyaya yola düşdü
“Səbail” komandası UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Universitatya”la ilə cavab oyunu üçün Rumıniyaya yola düşüb.
Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisi saat 12:15-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı-İstanbul-Buxarest reysi ilə səfərə çıxıb. “Dənizçilər” Buxarestdən “Universitatya”nın təmsil etdiyi Krayova şəhərinə avtobusla yola düşəcəklər.
Heyət mənzil başına axşam saatlarında çatacaq. İyulun 17-də isə komandanın matçöncəsi məşqi olacaq.
İyulun 18-də Krayovadakı “İon Oblemenko” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Bakıda baş tutan ilk matçda rumınlar 3:2 hesabı ilə qalib gəliblər.
Oxşar xəbərlər
Ağdam klubu İsveçrəyə yollanır - Proqram bəllidir
"Qarabağ" İrlandiyaya yollandı
"Neftçi" Moldovaya yollandı - FOTO
"Qarabağ" Moldovaya yola düşdü - FOTO
Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası