reklam
Millimiz Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək
Sportfm.az xəbər saytı

Millimiz Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək


Azərbaycanın gənc oğlanlardan ibarət voleybol yığması iyulun 21-dən 27-dək paytaxt Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalın iştirak edəcək.

Sportfm.az xəbər verir ki, komandamızın oyunçusu Mais Verdizadə festivala hazırlıq prosesindən danışıb. O deyib: “Bildiyiniz kimi, bu il festivalda çıxış edəcək komandamız Azərbaycan çempionatında U19 yığması adı altında iştirak edib. Doğrusu, festivala hazırlıqlara elə çempionatda iştirakımızla başlamışdıq. Çempionatdan sonra festivala hazırlıq mərhələsində bir neçə yoldaşlıq görüşü keçirdik. Yarışların başlamasına çox az vaxt qalıb. Komandamızda yüksək əhval-ruhiyyə var. Rəqiblərimiz bəllidir, biz də məşqlərimizi rəqiblərimizin oyun taktikalarına uyğun olaraq keçiririk. Ölkəmizin belə mötəbər yarışa ev sahibliyi etməsinin biz idmançılar üçün müsbət tərəfləri çoxdur. Biz doğma meydanda, öz azarkeşlərimiz qarşısında çıxış edəcəyik. Bunun böyük məsuliyyət olduğunu anlayırıq. Çalışacağıq ki, gözəl oyun göstərək”.

Qeyd edək ki, yığma komandamız A qrupunda Belarus, Almaniya və Rusiya milliləri ilə mübarizə aparacaq. B qrupunda isə Bolqarıstan, İtaliya, Çexiya və Belçika milliləri çıxış edəcəklər.

Oxşar xəbərlər

Millimiz Gürcüstan, Latviya, Rusiya və Ukrayna yığmaları ilə qarşılaşacaq
Millimiz Gürcüstan, Latviya, Rusiya və Ukrayna yığmaları ilə qarşılaşacaq
345 media nümayəndəsi bu yarışı işıqlandıracaq
Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək
Yığmamız ilk oyununu Polşaya qarşı keçirəcək - AÇ başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər