reklam
Güləşçilərimiz Türkiyədə qızıl və bürünc medallar qazandı -
Sportfm.az xəbər saytı

Güləşçilərimiz Türkiyədə qızıl və bürünc medallar qazandı -FOTO


Türkiyənin İstanbul şəhərində keçirilən sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turniri sona yaxınlaşır.

Sportfm.az xəbər verir ki, üçüncü yarış günündə yığmamızın son 5 üzvü mübarizəyə qoşulub. Mahal Novruzov debütdə Türkiyə təmsilçisinə, Murad Süleymanov isə komanda yoldaşı Aleksandr Qostiyevə uduzub. Daha sonra Rio Olimpiadasının gümüş medalçısına qalib gələn Qostiyev yarımfinala yüksəlib. Slovakiya nümayəndəsini də yenən Aleksandr finala vəsiqə qazanıb. İyulun 14-də Hindistandan olan rəqibinə də qalib gələn yığma üzvü qızıl medala sahib olub.

Mübarizəyə 1/4 finaldan qoşulan Şamil Zubairov da Türkiyə idmançısını üstələyərək adını yarımfinala yazdırıb. Ancaq ABŞ pəhləvanı gənc güləşçimiz üçün keçilməz olub. Zubairovun təsəllisi bürünc medal olub.

Aslanbek Alborov isə Hindistan və Qırğızıstan güləşçilərini yolundan kənarlaşdırmaqla yarımfinala adlayıb. Lakin finalın bir addımlığında İran güləşçisinə müqavimət göstərə bilməyib

Oxşar xəbərlər

Gənc güləşçimizdən böyük uğur - Dünya çempionu oldu
Güləşçimiz qızıl medal görüşə çıxacaq - Beynəlxalq turnir
İki güləşçimiz dünya ikincisi oldu - FOTO
Yeniyetmə güləşçimiz dünya çempionu oldu
Beş güləşçimiz İstanbuldakı turnirdə mübarizə aparıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər