reklam
Cüdoçularımız Unversiadaya qələbə ilə başladı
Sportfm.az xəbər saytı

Cüdoçularımız Unversiadaya qələbə ilə başladı


Azərbaycan cüdoçuları İtaliyanın Neapol şəhərində XXX Ümumdünya Yay Unversiadasına qələbə ilə başlayıblar.

Sportfm.az xəbər verir ki, 90 kq çəkidə çıxış edən Əliömər Tumayev 1/8 finalda çexiyalı Jiri Petrdən güclü olub. O, növbəti raundda rusiyalı Roman Dontsovla qarşılaşacaq.

90 kq-dan yuxarı çəkidə yarışan Rüstəm Kotsoyev isə 1/16 finalda Aleksis de Leonu üstələyib. O, 1/8 finalda rumıniyalı Mirçea Krotioru ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan Universiadada 5 cüdoçu ilə təmsil olunur. Hidayət Heydərovla (73 kq)Murad Fətiyev (81 kq) iyulun 5-də çıxış edəcəklər. İbrahim Əliyev (66 kq) isə bir gün sonra bacarığını nümayiş etdirəcək.

Oxşar xəbərlər

Daha 5 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqədə
Nicat üçün həqiqət anı - bürünc medal qazana bilər
Hidayət Heydərov gümüş medal qazandı
Hidayət Heydərov yarımfinala vəsiqə qazandı
Cüdoçumuz Qran-pridə bürünc medal uğrunda güləşəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər