reklam
Hidayət Heydərov yarımfinala vəsiqə qazandı
Sportfm.az xəbər saytı

Hidayət Heydərov yarımfinala vəsiqə qazandı


İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasının ikinci günündə - iyulun 5-də Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulub.

Sportfm.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov müxtəlif mərhələlərdə ardıcıllıqla Abdullah Hamad (Səudiyyə Ərəbistanı), Abdelrahman Mohamed (Misir), Luca Otmaneni (Fransa) məğlub edərək dörddəbir finala yüksəlib. Bu mərhələdə monteneqrolu Marko Qusiçi mübarizədən kənarlaşdıran idmançımız adını yarımfinala yazdırıb.

Digər təmsilçimiz Murad Fətiyev (81 kq) ilk görüşdə hollandiyalı Yim Heymana məğlub olub.

Yarışların birinci günündə millimizin üzvləri Aliumar Tumayev (90 kq) və Rüstəm Kotsoyev (+90 kq) uduzaraq mübarizəni dayandırıblar.

Oxşar xəbərlər

Balabəy Ağayev qızıl medal qazandı - Böyük Dəbilqə
Rüstəm "Böyük Dəbilqə"ni medalsız tərk etmədi
Hidayət Heydərov gümüş medal qazandı
Prezident İlham Əliyev Bakıda keçirilən cüdo üzrə dünya çempionatını izlədi - FOTO
Heydərov Avropa çempionatında yarımfinala yüksəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər