reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" gürcü futbolçu transfer etdi -FOTO


2019-2020-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. 

Sportfm.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” gürcüstanlı futbolçu Merab Qiqaurini heyətinə qatıb. 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. 

Qiqauri Kutaisi “Torpedo”sunun yetirməsidir. O, 2010-14 və 2017-19-cu illərdə bu klubda çıxış edib. Merab Gürcüstanda “Metallurq” (2014), “Sxinvali” (2014-15), “Kolxeti” (2015-16) və “Rustavi” (2016-17), Polşada “Yagelloniya”da (2011-12) çıxış edib. Yarımmüdafiəçi cari mövsümdə ölkə çempionatının 19 oyununda meydana çıxıb. Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında oynamış futbolçu əsas millidə 1 oyun keçirib. 

Xatırladaq ki, “Qəbələ” Qiqauriyə qədər Kamal Mirzəyev, Sadiq Quliyev və Fernan Ferreyra Lopeslə müqavilə imzalayıb.

Oxşar xəbərlər

Fernan Lopes yenidən "Qəbələ"də - Müqavilə
"Sumqayıt"dan ayrılan futbolçu "Qəbələ"də
"Qəbələ" yığmanının üzvünü transfer etdi - FOTO
"Qəbələ" ispaniyalı futbolçu transfer etdi
"Qəbələ" yeni transferini açıqladı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər