reklam
Berti Foqts millimizin hücumçusu barədə danışdı:
Sportfm.az xəbər saytı

Berti Foqts millimizin hücumçusu barədə danışdı:"Qol duyumu yaxşıdır"


Yığma komandamızın sabiq baş məşqçisi Berti Foqts açıqlama verib. 

Sportfm.az xəbər verir ki, 71 yaşlı mütəxəssis millimizin və Almaniya III Bundesliqa təmsilçisi "Proyssen"in hücumçusu Rüfət Dadaşov barədə danışıb. O, Rüfətin II Bundesliqada oynamaq potensialına sahib olduğunu deyib: "Əgər ona təklif varsa, Rüfətin II Bundesliqada oynamaq gücü var. Topla yaxşı rəftar edir və qol duyumu yaxşıdır. Topun hara gələcəyini yaxşı bilir. Onunla çalışmaq mənim üçün xoş və əyləncəli idi". 

Foqts Dadaşovun uzun müddət sonra milli komandaya dəvət almasından danışıb: "Onun 4 ildən sonra yığmaya dəvət almasına görə xoşbəxt oldum. Bu, Rüfəti daha da gücləndirir. Həm də "Proyssen"də yaxşı çıxışa davam edəcək". 

Qeyd edək ki, Foqts 2008-2014-cü illərdə Azərbaycan millisini çalışdırıb. Rüfət Dadaşov millidə Foqtsun dönəmində debüt edib.

Oxşar xəbərlər

Berti Foqts rekordçular arasında
"UEFA Millətlər Liqası dərhal ləğv olunmalıdır" - Berti Foqts
“Prosineçki məni yığmada görmək istəmir” - Dadaşov
Berti Foqts Azərbaycana gəlir
Berti Foqts qovuldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər