II Avropa Oyunları: Xəlilov bürünc medal qazana bilər
Azərbaycan samboçuları “Minsk 2019” II Avropa Oyunlarında ilk görüşlərini keçiriblər.
Sportfm.az xəbər verir ki, ikinci yarış günündə yığma üzvlərində 3-ü 1/4 final mərhələsindən mübarizəyə qoşulublar. Onlardan 68 kq çəkidə çıxış edən Emil Həsənov rumıniyalı Soke Laslo-Joltla 6:3 hesabı ilə qalib gəlib. O, bu gün Bakı vaxtı ilə saat 13:28-də başlayacaq yarımfinalda gürcüstanlı Mindia Liluaşvili ilə qarşılaşacaq.
Digər samboçulara gəlincə, Mehman Xəlilov (57 kq) belaruslu Vladislav Burdza 1:4, Ceyhun Hüseynov (82 kq) isə gürcüstanlı Berulava Besarioniyə 0:5 hesabı ilə uduzub.
Hüseynov təsəlliverici görüşdə italiyalı Mikeli Alessio ilə qarşılaşacaq. Xəlilov isə bürünc medal uğrunda Əmrə Çəlik (Türkiyə) - İvan Pilipiyak (Ukrayna) cütünün qalibi ilə üz-üzə gələcək. Bu görüş saat 18:07-yə nəzərdə tutulub.
Oxşar xəbərlər
II Avropa Oyunlarında daha bir neçə idmançımız mübarizəyə başlayacaq
Avropa Oyunlarında Azərbaycanı 7 samboçu təmsil edəcək
Samboçularımız Avropa çempionatında daha bir medal qazandı
Samboçularımız Avropa çempionatında bürünc medal qazandı
Samboçularımız ölkəmizi Yunanıstanda təmsil edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası