Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Gəncədə məşq meydançası salınacaq
Futbol infrastrukturunun inkişafı məqsədilə AFFA daha bir layihənin icrasına start verir.
Sportfm.az federasiyanın saytına istinadən xəbər verir ki, iyunun 24-dən etibarən Gəncə şəhər stadionunun ərazisində AFFA-nın maliyyə vəsaiti hesabına süni örtüklü standart ölçülərə malik (105x68m) məşq meydanının inşası başlayacaq.
Tikinti işləri bütövlükdə AFFA-nın hesabına həyata keçiriləcək. Meydan hazır olduqdan sonra “Kəpəz” klubu ilə yanaşı, uşaq futbol komandaları da süni örtüklü meydandan yararlana biləcək.
Gəncə şəhər stadionunun əsas meydanının da təbii ot örtüyünü 2017-ci ildə AFFA inşa edib.
Oxşar xəbərlər
AFFA İcraiyyə Komitəsinin vaxtı və gündəliyi açıqlandı
Gəncədə daha bir meydança
“Kəpəz”in meydançası hazırdır - FOTO
FİFA-nın maliyyə yardımı hesabına Bakı və Sumqayıtda təbii ot örtüklü meydan salınacaq
Gəncə şəhər stadionunda təmir işləri davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası