reklam
AFFA İcraiyyə Komitəsinin vaxtı və gündəliyi açıqlandı
Sportfm.az xəbər saytı

AFFA İcraiyyə Komitəsinin vaxtı və gündəliyi açıqlandı


AFFA İcraiyyə Komitəsinin növbəti iclası dekabrın 13-də keçiriləcək. 

Sportfm.az xəbər verir ki, toplantı milli assosiasiyanın inzibati binasında təşkil olunacaq. 

Saat 10:00-da başlayacaq iclasın gündəliyinə 13 məsələ daxil edilib:

  1. Gəncə şəhər stadionunun ərazisində yeni, standart ölçülü (105x68 m.) süni örtüklü məşq meydanının inşasının başa çatması ilə bağlı məlumat
  2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri ilə əlaqədar müzakirə
  3. Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin Avro-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı
  4. Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə bağlı hesabat
  5. “Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklərin müzakirəsi
  6. AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat
  7. AFFA-nın Fair Play mükafatının təsis olunması və Əsasnaməsinin hazırlanması
  8. “Azərbaycan Futbolunun Etik Kodeksi"nin hazırlanmasının müzakirəsi
  9. AFFA-nın Futbol Veteranları Fondunun Əsanaməsinə uyğun olaraq müvafiq şəxslərə təqaüdün ayrılmasının müzakirəsi
  10. “Elit Məşq” kitabı ilə bağlı məlumat
  11. AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərin hazırlanması
  12. “Qəbələ” Futbol Klubu ilə bağlı müzakirə
  13. AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi.

 

Oxşar xəbərlər

İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək
Bu gün AFFA İcraiyyə Komitəsinin iclası olacaq
AFFA mətbuat konfransı keçirməyə ehtiyac duymur!
AFFA İcraiyyə Komitəsi milli komandaya görə yığışır
Əvəzedicilərin çempionatı ləğv ediləcəkmi? - İK iclasının vaxtı və gündəliyi açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər